İqtisadi gündəm
Qarabağda nüvə təhlükəsi
Tbilisidə “Regional sabitlik kontekstində nüvə və radiasiyanın təhlükəsizliyinin aktual məsələləri" mövzusunda beynəlxalq konfrans keçirilir.
İki gün davam edəcək konfransda bir sıra dövlətlərin, o cümlədən
Azərbaycanın, beynəlxalq təşkilatların aidiyyəti qurumlarının
nümayəndələri iştirak edirlər.
Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya
çıxışında deyib ki, nüvə və radiasiya təhlükəsizliyi bütün ölkələri
narahat edən ən ciddi problemlərdən biridir. Ona görə də hesab
edirik ki, bu məsələ beynəlxalq miqyasda müzakirə olunmalı və birgə
həll yolları tapılmalıdır.
Azərbaycan nümayəndə heyətinin üzvü Fövqəladə Hallar
Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə
Dövlət Agentliyinin Xüsusi icazə və dövlət reyestri şöbəsinin
müdiri Ramin Paşayev “Nüvə təhlükəsizliyi və nüvə silahının
yayılmaması üzrə Azərbaycan Respublikasında milli tənzimləyici
infrastruktur” mövzusunda təqdimatla çıxış edib. Ölkəmizdə nüvə
materiallarının qeydiyyatı, onların istifadəsi ilə əlaqəli
fəaliyyətə nəzarət və həmin materialların qanunsuz dövriyyəsinin
qarşısının alınması ilə bağlı görülən işlərdən danışıb.
R. Paşayev bu sahədə mövcud olan problemlərə də toxunub. O deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində nüvə materiallarının miqdarı, onların dövriyyəsi və digər məlumatlar tənzimləyici nəzarətdən kənarda qalıb. Bu problemin həlli üçün işğal olunan ərazilər azad edilməli və Azərbaycan qanunları bərqərar olunmalıdır.
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır