SON DƏQİQƏ: Qəza Babək prospektində böyük tıxac yaratdı
Bizi izləyin

Hadisə

SON DƏQİQƏ: Qəza Babək prospektində böyük tıxac yaratdı

2 minik avtomobilinin toqquşması nəticəsində yaralıların olduğu bildirilir.

Axşam saatlarında paytaxtın Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in verdiyi məlumata görə, 2 minik avtomobilinin toqquşması nəticəsində yaralıların olduğu bildirilir.

Hadisə yerinə 2 təcili yardım maşını və yol polisi cəlb edilib. Prospektin şəhər istiqamətində hərəkət hissəsində hazırda tıxac yaranıb.

Qəza törətmiş avtomobillərin ərazidən uzaqlaşdırılması üçün tədbirlər görülür.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm