Lənkəranda mikroavtobus piyadanı vurdu
Bizi izləyin

Hadisə

Lənkəranda mikroavtobus piyadanı vurdu

Lənkəran rayonunda piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə hadisə Ələt-Astara magistralının Qumbaşı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara istiqamətində hərəkətdə olan "Ford" markalı "99 KD 464" dövlət qeydiyyat nişanlı mikroavtobus yolu keçmək istəyən Masallı rayonu, Qızılağac kənd sakini, 51 yaşlı Quliyev Salman Yadigar oğlunu vurub. Sürücü yaralını dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirib.

Sol baldır sümüklərinin yerdəyişən qapalı, qəlpəli sınıqları diaqnozu qoyulan yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Qeyd edək ki, S. Quliyev əməliyyata hazırlanıb. O, hadisədə özünü günahkar bilib və yolu keçmək istəyərkən sürücünü çaşdırdığını söyləyib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm