Yevlaxda qətlə yetirilən şəxs məktəb direktoru idi (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Yevlaxda qətlə yetirilən şəxs məktəb direktoru idi (YENİLƏNDİ)

Yevlaxda silahlı insident olub.

Martın 30-da Yevlax rayonunda odlu silah ilə törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, güllələnərək öldürülən Tağı Qurbanov Hacıselli kənd orta məktəbinin direktoru olub.

Hadisə o, işdən çıxıb evə gedən zaman baş verib. Azaq Musayev adlı şəxs aralarında yarananan mübahisə nəticəsində həmkəndlisinə "İJ" markalı ov tüfəngindən atəş açıb. Müxtəlif bədən xəsarətləri alan T.Qurbanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, mərhum uzun illər kənd məktəbinə rəhbərlik edib, şagirdlər, valideynlər ondan razı olublar. Yevlax rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qətli törədən şəxs saxlanılıb, onun hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb. (report)

***

Yevlaxda silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, martın 29-da Yevlax rayonunun Hacıselli kəndində rayon sakini Azaq Musayev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Tağı Qurbanovu qətlə yetirib.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə A. Musayev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm