Sabunçu bazarında dava düşdü
Bizi izləyin

Hadisə

Sabunçu bazarında dava düşdü

Davanın səbəbləri araşdırılır.

Bakının Sabunçu rayonu ərazisində dava baş verib.

“Report” xəbər verir ki, bazarda satıcı işləyən iki şəxs arasında mübahisə düşüb.

Əlbəyaxa dava zamanı iki şəxsi ayırmağa çalışan 1983-cü il təvəllüdlü Mustafayev Məvid Əvəz oğlu üz və bədən nahiyələrindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb edilib. Davanın səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm