Kənd sakinləri şikayət etdi, ər arvadını öldürdü - Ağstafadakı qətllə bağlı ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Kənd sakinləri şikayət etdi, ər arvadını öldürdü - Ağstafadakı qətllə bağlı ŞOK TƏFƏRRÜAT

Ağstafa rayonu Qırılı kəndində kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Arzu Namazov həyat yoldaşı 1982-ci il təvəllüdlü Xəyalə Şahbazovanı bıçaqlayaraq qətlə yetirib.

Kənd sakinləri Publika.az-a hadisənin təfərrüatı barədə məlumat veriblər. Sakinlər deyir ki, A.Namazov həyat yoldaşını namus üstündə öldürüb: “Qadın pis yola düşmüşdü. Əri Bakıda işləyir, çox vaxt evdə olmur. Hər gecə qadının evinə maşında adamlar gəlirdi. Onların kim olduğunu bilmirik, amma kənd adamları deyildilər. Hamı onun əxlaqsız olduğunu bilirdi. Ərinə də demişdilər, amma o, həmin şəxsləri tuta bilmirdi. Bu yaxınlarda kənd camaatı qadından polis şöbəsinə şikayət etdi. İnsanların ailəsi, uşağı var, bu qadına qarşı bir tədbir görmələrini tələb etdilər. Bütün bu söz-söhbətlərdən sonra Arzu Namazov bu gün saat 12 radələrində qadını bıçaqlayaraq öldürüb”.

A.Namazov artıq saxlanılıb. Onların üç övladı - bir oğlu, iki qızı var. Böyük uşaq 10-12 yaşlarındadır. Hadisə baş verərkən övladları və həyətdəki kirayənişinlər evdə olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm