Hadisə
Kürdəxanıda ölümlə nəticələn AĞIR QƏZA: yaralılar komadadır - - FOTO
Bakının Sabunçu rayonu ərazisində 1 nəfərin ölümü ilə nəticələnmiş yol qəzasında yaralanan 4 nəfər hazırda 1-ci dərəcəli koma vəziyyətindədir.
Bu barədə "Report"a yaralıların yerləşdirildiyi 3 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Qəza Kürdəxanı qəsəbəsində baş verib. "90-NF-513" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən "188" evakuator xidmətinə məxsus "90-JZ-887" dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşınına arxadan çırpılıb. Hadisə "MAN" dönmə əməliyyatı edərkən baş verib.
Nəticədə "Mercedes"də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Onlar qəza zamanı avtomobildə sıxılıb qalmış 4 nəfəri çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.
Ağır xəsarət alan Kürdəxanı qəsəbə sakinləri, 1986-cı il təvəllüdlü Məmmədov Rəşad Nurəddin oğlu, 1991-ci il təvəllüdlü Qocayev Elxan Məmməd oğlu, 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı və 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlu 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO