Hadisə
Daşkəsəndə QƏTL: Toydan gələn ər arvadını BOĞDU
Daşkəsən rayonu Bayan kəndində 1984-cü il təvəllüdlü Ramil Həsənov həyat yoldaşı - 1990-cı il təvəllüdlü Könül Əzizovanı öldürüb.
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, R.Həsənov hadisəni törədəndən sonra özü polisə təslim olub.
Sakinlər deyir ki, cütlük arasında əvvəllər də münaqişə baş verib. Hətta boşanma həddinə qədər çatıb, onlar bir müddət ayrı yaşayıblar. Lakin sonradan yenidən birlikdə yaşamağa başlayıblar. Ötən gecə isə Ramil həyat yoldaşı ilə birlikdə kənddə toy məclisində olub. Sakinlər məclisdə onların çox mehriban olduğunu deyiblər.
Bu gün səhər saatlarında isə o, həyat yoldaşını boğaraq öldürüb. Hadisədən sonra maşınına minərək polis şöbəsinə gedib və təslim olub. O, polisə ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.
Onların 5-6 yaşlarında bir övladı var. Hadisə baş verəndə uşağın evdə olub-olmadığı dəqiq bilinmir.
Sakinlər bildirib ki, R.Həsənov əvvəllər narkotik istifadəçisi olub.
Gülxar
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO