Bakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı bıçaqlandı
Bizi izləyin

Hadisə

Bakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı bıçaqlandı

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu metronun Neftçilər stansiyası yaxınlığında mübahisə zəminində iki bıçaq xəsarəti alıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni taksi sürücüsü törədib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparıcı mütəxəssisidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm