Sabirabadda qəza: maşınlar toqquşdu
Bizi izləyin

Hadisə

Sabirabadda qəza: maşınlar toqquşdu

Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayonun Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Sabirabadın Qaratoğay kənd sakini, 55 yaşlı Vəlixan Heydər oğlu Heydərov müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm