Ağdamda iki avtomobil toqquşdu - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Ağdamda iki avtomobil toqquşdu - Xəsarət alan var

Ağdamda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndi ərazisində baş verib.

1985-ci il təvəllüdlü Gözəlov Tural Məhəmməd oğlu idarə etdiyi “VAZ-2106” markalı “02 BR 489” qeydiyyat nömrə nişanlı minik maşını ilə hərəkətdə olarkən “10 LZ 874” dövlət nişanlı “QAZEL” markalı maşınla toqquşub.

Nəticədə “VAZ” markalı maşının sahibi T.Gözəlov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm