Hadisə
Yaponiyada ilk robot satıcı işdən qovulub - FOTO
Yaponiyanın məşhur texnologiya şirkətlərindən olan “Softbank” tərəfindən hazırlanmış “Pepper” adlı robot satıcı kimi işə başladığı mağazadan qovulub.
Publika.az xəbər verir ki, dünyada ilk robot satıcı olan "Pepper" 1 həftə sonra Edinburqda fəaliyyət göstərən “Margiotta Food & Wine” adlı ərzaq mağazasızdan öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün uzaqlaşdırılıb.
Robot müştəriləri başa düşmədiyi üçün şirkət rəhbərliyi onun işindən narazı qalıb. Çox vaxt alıcının xahişinin mahiyyətini başa düşməyən "Pepper" alıcının “pivə harada yerləşir” sualına “içkilər olan bölmədə” kimi qeyri-dəqiq cavablar verərək, narazılığa səbəb olub.
Eyni zamanda şikayətdə o da qeyd edilib ki, ticarət mərkəzində həddən artıq səs-küy olan zaman, robot sözləri düzgün başa düşə bilmir. Bu zaman isə müəyyən gecikmələrlə eşitdiyi kiçik frazalara qeyr-dəqiq cavablar verib, yersiz zarafatlar edib.
Könül Cəfərli
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu