Hadisə
3 azyaşlını yanğından xilas edən polislər xəstəxanaya yerləşdirildi - RƏSMİ
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanında yerləşən üçmərtəbəli binanın girişindəki mağazada yanğın zamanı zəhərlənən polislər xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Sakinlərin təxliyə edilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb.
Binanın üçüncü mərtəbəsindəki evlərin birində köməksiz vəziyyətdə qalmış və tüstüdən zəhərlənmiş 14 yaşlı Kərəm, 12 yaşlı Elcan və 9 yaşlı Selcan Səfərlilər polis əməkdaşları tərəfindən xilas edilib, onlara ilkin tibbi yardım göstərilb. Qohum olan azyaşlıların vəziyyətləri qənaətbəxşdir. Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.
Hadisə nəticəsində azyaşlıları alovun cəngindən xilas edən Nəsimi RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları - polis serjantları Qoşqar İşmayılov və Kamran Əhmədli tüstüdən zəhərləniblər. Onlar xəstəxanaya yerlədiriliblər.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan