Xaçmaz-Quba yolunda AĞIR YOL QƏZASI - Ölən və xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Xaçmaz-Quba yolunda AĞIR YOL QƏZASI - Ölən və xəsarət alanlar var

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, "VAZ 2106" markalı avtomaşınla "KamAZ” markalı avtomaşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm