Xaçmazda 40 yaşlı kişi bıçaqlandı - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Xaçmazda 40 yaşlı kişi bıçaqlandı - (YENİLƏNDİ)

Xaçmaz rayonunun Mirzəmməd kəndində baş verən bıçaqlanmanın təfərrüatları bəlli olub.

Mirzəmməd kənd nümayəndəliyindən Publika.az-a verilən məlumata görə, kənd sakini, 1978-ci il təvəllüdlü Mehrəliyev Alim Xalid oğlu əlil arabasında olub: "Ailəsi yox idi. Kənddə sakit-səssiz adam idi. Ayaqlarından əlil olub. Pensiyası ilə dolanırdı. Deyirlər ki, özü-özünü bıçaqlayıb. Polis araşdırır. Özü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti barədə məlumatımız yoxdur".

***

Xaçmaz rayonu ərazisində bıçaqlanma faktı qeydə alınıb.

Hadisə rayonun Mirzəmməd kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Mehrəliyev Alim Xalid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir. (apa)

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm