Hadisə
Bakıda yük və minik avtomobilləri toqquşdu: xəsarət alan var
Gecə saatlarında Bakının Nərimanov rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, Ziya Bünyadov prospektində qeydə alınmış qəza zamanı "Porsche" markalı minik maşını ilə “Shacman" markalı yük maşını toqquşub.
Məlumata görə, avtomobillərin hər ikisi metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edirmiş. Ehtimal olunur ki, "Porsche"nin sürücüsü avtomobili yüksək sürətlə idarə edirmiş. Eyni zamanda, yük maşınının arxa hissəsində də xəbərdaredici nişanlar olmadığı üçün qaranlıq yolda görünməsi çətinləşib. Sonda qəza qaçılmaz olub.
Yol qəzası nəticəsində minik maşınının sürücüsü xəsarət alıb. O, ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Hadisənin təfərrüatlarını isə Nizami RPİ-nin təhqiqatçıları araşdırır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR