DTX əməliyyat keçirdi: Əcnəbi kibercinayətkarlar həbs olundu
Bizi izləyin

Hadisə

DTX əməliyyat keçirdi: Əcnəbi kibercinayətkarlar həbs olundu

2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla, onların bank hesabları açılmaqla və Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı birgə məlumatda bildirilib.

Məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç müəyyən edilərək saxlanılmış, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb.

Lunin Pavel Sergeyeviç və Serb Andrii Borisoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatası ölkə ərazisində fəaliyyət göstərən banklar tərəfindən cari fəaliyyətin, elektron bankçılığın qanunsuz və əsassız müdaxilələrdən müdafiə olunan şəkildə qurulmasının diqqətdə saxlanılmasını vacib hesab edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm