2 aydır itkin düşmüş şəxsin meyiti tapıldı
Bizi izləyin

Hadisə

2 aydır itkin düşmüş şəxsin meyiti tapıldı

Mingəçevir şəhərində kişi meyiti tapılıb.

Meyit keçmiş Ağac Emalı Zavodunun həyətində aşkarlanıb. Onun 1967-ci il təvəllüdlü, Yevlax rayon sakini Ərəstun Bəxtiyar oğlu Məmmədov olduğu müəyyən olunub.

Qeyd edək ki, mərhum iki aydır itkin düşmüş kimi axtarışda olub.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm