
Region TV xəbər verir ki, Qəbələdə yanğın baş verib.
Hadisə Türyançay Təbiət Qoruğunun ərazisində qeydə alınıb. Alov qısa müddət ərzində şiddətlənib və meşə sahəsinə keçib. Əraziyə FHN-in şimal-qərb bölgəsinin texnika və canlı qüvvəsi cəlb olunub.
Yanğının dağlıq əraziyə keçməsi yanğınsöndürənlərin işini çətinə salıb. İlkin hesablamalara görə, 503 hektar biçilmiş taxıl sahəsi, kol-kos və qismən meşə sahəsi yanıb. Alov söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.