Hadisə
Ağsuda güclü yanğın 18 saat davam edib
Ağsu rayonunda güclü yanğın olub.
APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 2-də saat 14:00 radələrində rayonun Bico kəndi ərazisindəki dağlıq sahədə baş verən yanğın getdikcə geniş ərazini əhatə edib.
Kənd bələdiyyəsinə məxsus ərazidə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Ağsu, İsmayıllı, Göyçay, Kürdəmir və Şamaxı rayonlarının yanğından mühafizə hissələrinin maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın dağlıq və kol-koslu ərazidə baş verdiyi üçün alovun qarşısını almaq çətinləşib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısını bu gün səhər saat 8:00 radələrində almaq mümkün olub. yanğnın Bico kəndindəki evlərə, qəbiristanlığa və meşə ərazisinə keçməsinin qarşısı alınıb.
Ümumilikdə 105 hektar sahədə ağaclar, kol-kos və biçilmiş taxıl sahəsi yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR