Samur-Abşeron kanalında batan şəxsin cəsədi tapılıb
Bizi izləyin

Hadisə

Samur-Abşeron kanalında batan şəxsin cəsədi tapılıb

Kanalda batan şəxsin cəsədi tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 20.08.2015-ci il tarixdə Siyəzən rayonu Samur - Abşeron kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 13 km aralı, nəzarətsiz ərazidə) batmış 1973-cü il təvəllüdlü Kamilov Rəhman Ziyafət oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən batdığı yerdən 31 km aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Əməliyyat saat 16:21-də başa çatmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm