Astarada ər arvadını bıçaqlayıb
Bizi izləyin

Hadisə

Astarada ər arvadını bıçaqlayıb

Astarada bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Çayoba kəndində ailə münaqişəsi zəmnində qeydə alınıb.

Belə ki, Astara sakini Nuri Əliyev həyat yoldaşı, Lənkəran sakini 47 yaşlı Heyran Əliyevanı bıçaqlayıb. Yaralı, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, H.Əliyevaya 3 bıçaq zərbəsi vurulub. Xəstə sinə, böyrək və qol nahiyəsində kesilmiş-deşilmiş yarlar diaqnozu ilə əməliyat edilib, vəziyyəti ağır olaraq qalır. Hadisədən sonra N. Əliyevin qaçdığı bildirilir. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır və N.Əliyevin istintaqa cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm