Hadisə
DSX-də nömrə əməliyyatı - Gürcüstan avtomobilinə Azərbaycan nömrəsi bağlayan şəxs tutuldu
Dövlət Sərhəd Xidmətinin əməkdaşları külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alıblar.
DSX-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, avqustun 23-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasına gətirilməsi üçün sərhədboyu zolaqda gizlədilmiş 120 qutuda 3000 (üç min) ədəd, 30 avqust 2015-ci il tarixdə isə Ağstafa rayonunun Dəmirtəpə adlanan ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini 1990-cı il təvəllüdlü Zülfüqarov Natiq Nəbi oğluna məxsus yataqda gizlədilmiş 17 ədəd bağlamada 5 adda 4411 (dörd min dörd yüz on bir) ədəd Çin istehsalı olan pirotexniki vasitə aşkar edilərək götürülüb.
30 avqust 2015-ci il tarixdə Şıxlı buraxılış məntəqəsində Ağcabədi rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Eldar İmran oğlu Azərbaycan Respublikasında qeydiyyatda olan avtomobilə məxsus texniki pasportla və AZ 99-NF-844 dövlət nömrə nişanını Gürcüstan Respublikasında qeydiyyatda olan “Mersedes-Benz” markalı avtomobilin üzərinə bağlayaraq dövlət sərhədindən keçirərkən saxlanılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gülnar Əliyeva
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu