Kişi arvadını qanına qəltan etdi
Bizi izləyin

Hadisə

Kişi arvadını qanına qəltan etdi

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Cəlilabad şəhərində qeydə alınıb.

Şəhər sakini, 1983-cü il təvəllüdlü Anar Hazarxan oğlu Abıyev aralarında yaranan münaqişə zəminində həyat yoldaşı- 1990-cı il təvəllüdlü Təranə Saməddin qızı Abıyevanı bıçaqla çoxsaylı zərbələr endirərək qətlə yetirib.

Qadın aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Qətli törədən 32 yaşlı Anar Abıyev isə polis əməkdaşları tərəfindən saxlanaraq prokurorluq əməkdaşlarına təhvil verilib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Bundan əvvəl də oxşar hadisə Lənkəranda baş vermişdi. Lənkəran sakini 39 yaşlı Fuad Kəlbiyev bıçaqla 34 yaşlı həyat yoldaşı Lətafət Ağayevanı qətlə yetirmişdi.

O, həyat yoldaşına 20-yə yaxın bıçaq zərbəsi vurmuşdu. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm