Hadisə
Bakıda amansız namus cəzası: təqib olunanın fəryadına gələn olmadı - VİDEO
Bakıda namus üstündə amansız dava düşüb. Bir neçə nəfər kişini başqasının arvadına sataşdığına görə ''cəzalandırıb''.
Şahidlərin criminal.az-a verdikləri məlumata görə, hadisə dünən axşam Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşayış kompleksində baş verib.
Bir neçə nəfər ortayaşlı kişini təqib edib. Həmin şəxs də onlardan canını qurtarmaq üçün kompleksin ərazisindəki bərbərxanaya girib. Həmin şəxslər də onun arxasınca həmin salona daxil olublar. Kişi onlara bıçaq çıxararaq müdafiə olunmaq və qaçmaq istəyib. Lakin həmin şəxslər bərbərxananın qapısını bayır tərəfdən bağlayaraq onun qaçmasına imkan verməyib, köməyə daha iki nəfər çağırıblar.
Daha sonra iki nəfər gəlib bərbərxananın şüşələrini sındıraraq içəri girib, həmin kişini döyə-döyə maşına basıb naməlum istiqamətə gediblər.
Onu da əlavə edək ki, davada iştirak edən cavan oğlanlardan biri ətrafa toplaşan insanlara həmin kişinin qardaşının arvadı ilə əlaqəsi olduğunu, ailəsini dağıtdığını deyib.
Hadisə şahidləri həmin mənzərəni anbaan videoya çəkərək sayta göndəriblər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu