Hadisə
Prokurorluq polis bölməsindəki ölümlə bağlı məlumat yaydı
Mayın 12-də saat 13 radələrində 1986-cı il təvəllüdlü Şüvəlan qəsəbə sakini Sultanov Zaur Səxavət oğlunun Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin inzibati binasının həyətyanı sahəsində oturacaqdan yıxılaraq vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokuroluğunda araşdırmalar aparılır.
Bu barədə Publika.az-a Bakı şəhər prokurorluğundan məlumat verilib.
Bildirilir ki, rayon prokurorluğunun, Polis İdarəsinin əməkdaşlarının və məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, polis bölməsinin inzibati binasında quraşdırılmış videokamera görüntüləri götürülmüş, meyitin bədən səthində burun və dodaq nahiyyələrində olan səthi sıyrıqlardan başqa hər-hansı bir xəsarət və zorakılıq əlamətləri aşkar edilməmiş, meyit daxili müayinə olunması və ölümün səbəbinin müəyyən edilməsi məqsədi ilə MTE və PA Birliyinin rayon şöbəsinə göndərilmişdir.
İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, qeyd edilən tarixdə Şüvəlan qəsəbə sakinləri Afiyyədin Hüseynov, Elməddin Hüseynov və Əliislam Rüstəmzadənin Z.Sultanov tərəfindən bir neçə şəxslə birlikdə həmin qəsəbədə döyülmələri barədə şikayət ərizələri əsasında sonuncu polis bölməsinə dəvət olunmuş və bölmənin həyətyanı sahəsində gözləyən zaman saat 13:40-da oturacaqdan yıxılaraq vəfat etmişdir.
Araşdırmalarla həmçinin, polis bölməsində Z.Sultanova qarşı heç bir fiziki zor tətbiq edilməməsi, bədən səthində aşkar olunmuş sıyrıqların isə onun yıxılma nəticəsində yaranması, qeyd edilənlərin videokameradan götürülmüş görüntüyə keçirilən baxış zamanı öz təsdiqini tapması, eləcə də meyitin müayinəsi zamanı ürək əzələlərində dəyişikliklər olması müəyyən edilmişdir.
Araşdırmalar zamanı şahidlərin izahatları alınmış və digər zəruri hərəkətlər icra edilmişdir.
Hazırda rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu