Hadisə
Xırdalanda narkoman taksi sürücüsü tutuldu
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları 45 yaşlı narkomanı saxlayıb.
Musavat.com xəbər verir ki, Samir Məmmədov
ilkin ifadəsində bir ildir narkotikə qurşandığını bildirib və bunu
“xəstəlik” adlandırıb.
“Düşmüşəm də bu xəstəliyə. Taksidə
işləyirdim. Ordan-burdan əlimə keçdi, başladım. Hərdən iynə də
vururam. Amma çox vaxt iyləyirəm”.
Əməliyyatçılar Samiri Xırdalan şəhərində
şübhəli hərəkətlərinə görə saxlayıblar. Polis idarəsinə gətirilən
Samir Məmmədovun üzərindən heroin aşkarlanıb.
Taksi fəaliyyəti ilə məşğul olan 45 yaşlı
Samir gündəlik qazancının bir hissəsini narkotik almağa
xərcləyib.
Samir Məmmədov peşimanlıq çəkdiyini
bildirib: “Çox peşimanam. Uşaq, ailə qaldı. Onun-bunun yanında
biabır oldum”.
Samirin məktəbli övladı da var. Özünün dediyinə görə, narkotikdən istifadə etdiyini ailəsi bilmirmiş.
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat