Bakıda saxta dollar satan əcnəbilər tutuldu
Bizi izləyin

Hadisə

Bakıda saxta dollar satan əcnəbilər tutuldu

Bakıda külli miqdarda saxta dollar satan əcnəbilər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmnauel Chinyere paytaxtın Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinasları satarkən saxlanılıblar.

Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əskinaslar da aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm