Şabranda ev yandı, 3 nəfər xəsarət aldı
Bizi izləyin

Hadisə

Şabranda ev yandı, 3 nəfər xəsarət aldı

Şabranda ev yanıb, 3 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Şabran rayonu, Ağalıq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 6 otaqlı (mərtəbələr arası və dam örtüyü qamışdan ibarət) evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı yaşayış evləri və köməkçi tikililər yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm