Ağdamda faciə: Qardaş bacını güllələdi
Bizi izləyin

Hadisə

Ağdamda faciə: Qardaş bacını güllələdi

Divardan asılmış ov tüfəngini götürərək oyun oynamağa başlayan 13 yaşlı uşaq 15 yaşlı bacısının ölümünə səbəb olub.

Ağdam rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, hadisə mayın 21-də səhər saatlarında rayonun meşə zolağının yaxınlığında məskunlaşan Xıdırlı kəndindən məcburi köçkün olan Hüseynqulu Həsənova məxsus evdə qeydə alınıb. Belə ki, 15 yaşlı Ayşən Həsənova evdə 13 yaşlı qardaşı Hüseyn Həsənovla birgə oyun oynayan zaman bədbəxt hadisə baş verib. Hüseyn divardan asılmış ov tüfəngini götürərək oynamağa başlayıb. Bu zaman onun əlindəki silahdan atəş açılıb və bacısına dəyib. Nəticədə A. Həsənova aldığı güllə yarasından hadisə yerindəcə ölüb.

Qeyd edək ki, hadisə baş verən zaman valideynlər evdə olmayıblar.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm