• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Banan qızıl qiymətinə qalxdı, "Pasxa" kimləri milyonçu etdi?

  • Hesabat
  • 19 Aprel 2014 13:10
  • 2 427 Baxış
Banan qızıl qiymətinə qalxdı, "Pasxa" kimləri milyonçu etdi?

Dünyanın qəribə işləri var. Bütün siyasi oyunların, böhranların kökündə dərin iqtisadi maraqlar dayanır. Əks təqdirdə bir ölkənin daxilində keçirilən seçkilərin, ixtişaşların nəticələrini birjalarda, valyutaların dəyərində müşahidə etməzdik. Artıq banan plantasiyaları belə müxtəlif bölgələrdəki siyasi gərginliklərə dözməyib göbələk xəstəliyinə tutulublar.

Başlayaq, iqtisadi böhran yaşayan Avro Bölgəsindən. Bölgədə və Avropa Birliyində (AB) inflyasiya rəqəmləri düşməkdə davam edir. Avropa Statistika Komitəsinin (Eurostat) məlumatlarına görə, bölgədə bu il fevral ayında 0,7 faiz olan illik inflyasiya mart ayında 0,5 faizə düşüb. İllik inflyasiya keçən ilin mart ayında 1,7 faiz ölçülmüşdü. ABŞ-da isə bu nisbət 0,6 faiz olaraq reallaşıb.

Avropada 19 ölkədə inflyasiya düşdü, 3 ölkədə dəyişməz qaldı, 6 ölkədə isə əksinə artıb. Ən yüksək illik inflyasiya nisbəti 1,6 faizlə İngiltərədə qeydə alınıb.

Dünya Ticarət Təşkilatı növbəti il iqtisadi mənzərənin daha yaxşı olacağını proqnozlaşdırır. Dünya Ticarət Təşkilatı 2014-cü il üçün qlobal ticarət proqnozlarını yüksəldərək 4.7 faizə çatdırıb.Bu artımın 2015-ici ildə də davam edəcəyi bildirilir. 2014-cü ildə proqnoz 0.2 faiz çox olsa, Avropa üçün gözləntilər birmənalı deyil. Belə çıxır ki, Avropa Birliyinin böhrandan çıxması mütəxəssislərin təxminindən daha uzun sürəcək. Bununla belə 2014-cü il üçün proqnozlar əvvəlki illərə nisbətlə olduqca yüksəkdir. 2012-ci ildə qlobal ticarətdə böyümə 2.3 faiz, sonrakı il daha da düşərək 2.1 faiz təşkil edib.

Ukrayna Rusiyanın ən böyük bankı “Sberbank” haqqında istintaq aparılmasına qərar verib. Bank Ukraynadakı Rusiya tərəfdarlarını maliyyə dəstəyi verməkdə və terrorist fəaliyyətlərə kömək etməkdə günahlandırılır. Baş prokurorluq tərəfindən edilən şərhdə 14 bankın ölkənin şərqindəki qrupları dəstəklədiyi irəli sürülür.Xatırladaq ki, ötən həftə Ukrayna təhlükəsizlik xidməti ad çəkmədən bir bankın mart və aprel aylarında dağıdıcı qruplaşmalara 3 milyon avro ayırdığını açıqlamışdı.

Bu az deyilmiş kimi, grivnanın vəziyyəti getdikcə kritikləşir. Rusiya ilə yaşanan böhran səbəbiylə grivna 30 faiz dəyərdən düşüb. Pul vahidinin daha da dəyərsizləşməsinin qarşısını almaq üçün Ukrayna Mərkəz Bankı son 6 ilin ən böyük faiz artımına gedib.

Bank, 6.5 faiz olan faizləri 9.5 faizə çəkib. Bununla da 3 əsas bal faizi artımı gedib.

Ancaq ölkədəki siyasi böhran və xarici borcların ödənməsinə olan inancın qırılmasından sonra grivnanın enişinə bu addımın da təsir etməyəcəyi deyilir.

Ukrayna ilə soyuq mübaribə Rusiya iqtisadiyyatına sərf etməyib. Ölkə iqtisadiyyatı üçün daha əvvəl nəzərdə tutulan 2.5 artım hədəfi 0 ilə 1 marjı aralığına çəkildi. Qısa dövrdə ölkədən ciddi nağd çıxarışların yaşanmasına dair narahatçılıqlar var. Ölkənin iqtisadiyyat naziri Aleksey Ulyukayev iqtisadiyyatdakı geriləmədə daxili və xarici faktorlarin rolu olduğunu bildirib: "İqtisadi böyümənin yavaşlamasında daxili faktorların yanında xarici faktorlar da var. Qlobal maliyyə bazarlarda yüksək səviyyədə naməlumluq davam edir, ciddi pul çıxışları var. Son iki aydır beynəlxalq mühitdəki vəziyyətdən ötəri sərmayəçilər də sərmayə qərarı almaqda çətinlik çəkirlər".

Yaranmış situasiya ölkədə kəskin yoxsullaşmaya da yol açıb. İcbari ödənişlər və istehlak qiymətləri indeksindəki düzəlişlər nəzərə alındıqda Rusiya əhalisinin sərəncamında qalan real pul gəlirləri 2014-cü ilin martında bir il əvvəlki uyğun göstəriciyə nisbətən 6,8% azalıb Rusiyanın federal dövlət statistika xidmətinin operativ məlumatına əsasən 2014-cü ilin I rübü üzrə isə azalma 2,4% təşkil edib. Aprelin 1-ə kimi olan vəziyyətə görə, bütün iqtisadi fəaliyyət növləri üzrə toplam maaş borcları 2 mlrd 569 mln rubl (328 milyon dollar) olub.

Bu arada Beynəlxalq Valyuta Fondu (BVF) 2014-ci il üçün 1.9 faiz olan böyümə hədəfini 1.3 faizə endirib. Moskva rəhbərliyi də 2.5 faiz artım proqnozunu 0.5 faizə qədər endirib.Ölkədə 2009-cu ildə yaşanan iqtisadi böhranın bənzərinin təkrarlanmasına dair narahatlıqlar var.İlin sonuna Rusiyadan sərmayə çıxışının 100 milyard dollar çatması belə gözlənilir.

İş dünyası

Yola saldığımız həftə “Forbes” jurnalı da boş dayanmadı. Əvvəlcə Rusiya məmurlarının və xanimlarının gəlirlərinin deklarasiyasını açıqladı. Daha sonra ölkənin 200 varlı iş adamının adını.

Başqalarını deyə bilmərəm siyahıda əsas diqqətimizi həmyerlilərimizin pulları çəkdi. Belə ki, “LukOil”in sahibi Vahid Ələkbərov ötən bir ildə kasıblayıb. 2013-cü ildəki siyahıda 5-ci sırada yer alan V.Ələkbərov bu il 7-cidir. Ələkbərovun pulu 1,2 milyard dollar azalıb. Digər həmyerlilərimiz Zarax İliyev və Qod Nisanovun sərvətləri artıb. 2013-cü ildə 35-ci sırada olan Z.İliyev bu il 30-cu, Q.Nisanov 37-ci sıradan 31-ə düşüb. “Krokus” şirkətinin rəhbəri Araz Ağalarovun sərvəti isə nə artıb, nə azalıb. O 1,8 milyard dollar varidatı ilə 56-cı sıradadır. AST Şirkətlər Qrupunun rəhbəri Telman İsmayılov 0,75 milyard dollar pulu ilə 137-ci yerdədir.

Ümumilikdə, siyahıya gəlincə, ötən il olduğu kimi bu il də siyahıya Əlişir Usmanov rəhbərlik edir. Onun sərvəti bir il ərzində 1 milyard dollar artıb.Siyahıda ikinci sırada Mixayil Fridman dayanır. İş adamının sərvəti 1,1 milyard dollar artaraq 17,6 miyard dollara yüksəlib.

Rusiya ilə Ukrayna arasındakı böhran,Çininin iqtisadi artım proqnozları “Brent” tipi neftin barelini 110 dollara saldı. Həftə başından bu yana sürətlə yüksələn neftin qiyməti hətta dünən 109 dollar belə olub.

Çoxlarının hava şəraitindən şikayətlənib “bu Pasxa çıxsaydı isinərdik” dediyi zamanda bayramdan pul qazananlar da var. Məsələn, hər il qeyd olunan Pasxa bayramı şokolad bazarını canlandırır. Mağazaların vitrinlərində bu günə xüsusi olaraq çıxarılan şəkərləmə və şokolad növləri diqqət çəkir.

Alman Şəkərləmə Sənaye Federasiyası (BDSI) bu il şokolad istehsalının keçən ilə nəzərən 8.4 faiz nisbətində artacağını açıqlayıb.Yumurta və dovşan dizaynlı şokoladlar ön plana çıxır. Şirkət istehsal edilən dovşan şəklindəki şokoladların 42 faiziinin Avropa Birliyi, ABŞ, İsveçrə və Avstraliyaya ixrac ediləcəyini bildirib. İsveçrənin şokolad şirkət”i Lindt” də 1 kiloqram ağırlığında 122 milyon bənzər məhsulu bazara çıxaracaqlarını bildirib. Ötən il 31 martda qeyd olunan Pasxa bayramı bu il 20 apreldə keçiriləcək.

Meymunların və insanlarlın çox sevdiyi bananın qiyməti qızılla bərabərləşə bilər. Buna səbəb Cənub-Şərqi Asiyada banan plantasiyalarının göbələk xəstəliyinə tutulmasıdır. Hazırda epidemiyanın Yaxın Şərqə və Afrikaya doğru istiqamət aldığı deyilir.

Qeyd edək ki, xəstəlik banan ağacları sortu olan Cavendish-i kökdən yeyir. Hansı ki bu banan növü dünya ixracatının 95 faizini təşkil edir. Xəstəliyin kökləri İordaniya, Mozambikdə aşkarlanıb.

Məlumat üçün bildirək ki, vəziyyətdən hələlik yaxın region bazarları təsirlənməyib. Bununla belə situasiya beynəlxalq şəraitdə banan qıtlığına doğru gedir. Artıq qiymətlədə yüksəliş müşahidə edilməkdədir. Ekvadorda bananın bir qutusu (19 kq) 12 dollardır. Hansı ki fevralda bu qiymət 6 dollar təşkil edirdi. Qonşu Rusiyada artıq bananın qiyməti fevral ayı ilə müqayisədə 20 faiz qalxıb. Məlumat üçün bildirək ki, Rusiyanın banan bazarı illik 1,3 milyon ton təşkil edir. Pərakəndə satış illik 1,3 milyard dollardır. Dünya üzrə isə bazar 18-19 milyon ton təşkil edir, satışlarsa 18-19 milyard dollardır.

Rusiya əvvəlcə Kırmı zəbt etdi indi də Türkiyəyə meydan oxuyur. Belə ki, “Rosneft”, “Transneft” və “Rosatom” kimi şirkətlərdə işləyənlər bundan sonra tətil üçün Krıma göndəriləcəklər.

Krıma may və sentyabr ayları arasında 8 milyon rusun getməsi gözlənilir.Onu da bildirək ki, bu qədər insanın Krıma üz tutması Türkiyə turizminə təsirsiz ötüşməyəcək. Belə ki, ruslar indiyə qədər tətil üçün Türkiyəyə üz tuturdular.

Ötən il 4 milyon nəfər rus turist Türkiyədə tətil keçirib. Digər tərəfdən Rusiya xarici işlər nazirliyi, bir müddət əvvəl vətəndaşlarına ABŞ ilə günahkarların qaytarması razılaşması olan ölkələrə getməmələrini bildirmişdi. Çağırışın Rusiyaya istiqamətli iqtisadi sanksiyalarla bağlı olduğu ifadə edilir.

Gəldik çatdıq ölkəmizə. Deməli belə. Yola saldığımız həftə Dövlət Statistika Komitəsi

2014-cü ilin birinci rübündə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqladı. Hansı ki ürək xəstələrinə hesabatdakı rəqəmlərə baxmaq məsləhətli deyil.Regionda ikinəhəng dövlətin bir-birini yeməsinin fonunda bütün bunlar bizim nə ümumi daxili məhsul istehsalımıza, nə maliyyə sektorumuza, nə əhalinin gəlirlərinə, nə alış-verişlərinə, nə kapital qoyluşlarına təsir etməyib. Sadəcə neft-qaz sektorunda istehsal 3,6 faiz, MDB ölkələrinə ixrac olunmuş malların həcmi isə 50 faizə yaxın azalıb azalıb. Qalan bütün sahələrdə sürətli artım davam edir.

AB-dəki, Şimaldakı iqtisadi-siyasi böhran SOCAR Türkiyə LNG şirkətini də sarsıtmayıb. Şirkət Türkiyədə mayeləşdirilmiş təbii qaz satışı üçün lisenziya alıb.Ölkənin Enerji Bazarın Tənzimləmə Təşkilatına istinadən xəbər verir ki, mayeləşmiş qazın ixracı və idxalı ilə məşğul olmaq üçün lisenziya 30 il müddətinə verilib. Yaxın 5 ilə “SOCAR Türkiyədə ən böyük xarici investora çevriləcək. Türkiyədə şirkətin bölməsi olan “SOCAR Türkiyə Enerji” fəaliyyət göstərir. Şirkətin Türkiyədə keçirdiyi layihələr arasında dəyəri $12 mlrd olan Trans-Anadolu Qaz Kəməri (TANAP), dəyəri $5.3 milyard olan STAR neft emalı zavodu, hərəsinin dəyəri $400 olan 1000 meqavatlıq elektrik stansiyası və yük limanı var.

Deyirəm, bu qara buludlar bankların üzərindən çəkilmir də…

Məlum deyil, Mərkəzi Bank maliyyə göstəriciləri aşağı olan bankları bir dəfəlik bazardan silmək istəyir, yoxsa gəldiyi hədə-qorxu ilə beynəlxalq maliyyə təşkilatlarının gözündən pərdə asmaq. Çünki sirr deyil ki, çirkli pulların yuyulmasına həmişə vasitəçi rolunu məhz bazar kaptalizasiyası yüksək olmayan banklar oynayır. Beynəlxalq təşkilatların bank sektoru ilə bağlı tələblərindən biri də bankların fəaliyyətlərini şəffaflaşdırmaqdır. Nə isə dərin məsələlərə qarışmayaq.Mərkəzi Bankın son rəqəmlərinə görə, ilin əvvəlindən ölkədə mənfəətlə işləyən bankların sayı 34-ə enib.Ötən ayla müqayisədə daha 5 bank ayı zərərlə başa vurub.Bank sisteminin mənfəəti 115, 55 mln. manat təşkil edib. Cəmi zərəri isə 26,43 milyon olub. Onu da deyək ki, göstəricilər vergilər ödənildikdən sonra alınan rəqəmlərdir.

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 2014-cü ilin 1-ci rübü ərzində fəaliyyətinin yekunlarını açıqlayıb. Məlum olub ki, cari ilin 1-ci rübü ərzində ölkənin kapital bazarlarında yüksək artım dinamikasının nümayiş olunub. Bazarda əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 dəfə, korporativ qiymətli kağızlar bazarında ticarətin 3.9 dəfə artıb.

Bax belə daha bir gərgin həftəni yola saldıq. Çalışın, bu yaz zamanı üzünüzə gülən təbiətin, doğan günəşin keyfini çıxarın.

Dəniz kənarına, təbiətin səxavətini əsirgəmədiyi güşələrə gedin. Yox,şair demişkən, “ əgər çi, getməyə yeriniz yoxdursa, Hərdən özünüzdən gedin, belə yaxşıdır".

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR