Arda Messiyə qonşu olur (FOTO)
Bizi izləyin

İdman

Arda Messiyə qonşu olur (FOTO)

İspaniyanın "Barselona" klubuna transfer olunan türkiyəli yarımmüdafiəçi Arda Turan yeni ev axtarışına çıxıb.


ANS PRESS-in məlumatına görə, artıq futbolçu Madriddəki evini satışa çıxarıb. Kataloniyaya köçməyi planlaşdıran futbolçu yaxın günlərdə Aslıhan Doğanla evlilik həyatına girəcək. Ardanın necə evdə qalacağı da maraqla gözlənilir. Klub ulduz futbolçuya iki ev təklif edib. Bunlardan biri klubun stadionu "Nou Kamp"dan 25 km uzaqlıqda olan Lionel Messi, Andres İnyesta, Busqets və İvan Rakitic kimi ulduzların da yaşadığı "Castelldefels" şəhəridir. Lüks villa, hovuzlu və dəniz mənzərəlidir.



Arda Turanın köçmək istədiyi villalardan biri


Kataloniyanın "Castelldefels bölgəsi


Futbolçunun digər seçimi isə Suarez, Neymar, Pike və Şakiranını yaşadığı şəhər çərkəzdir. Kataloniya klubunun baş məşqçisi Luis Enrikenin 6 aylıq Arda üçün hazırldağı xüsusi məşq proqrama əsasən demək olar ki, futbolçunun şəhərdən kənardakı evi seçmə ehtimalı daha çoxdur. Türkiyəli yarımmüdafiəçi özü də proqrama əməl etmək üçün sakit bir yerə ehtiyacı olduğunu bildirmişdi. Əgər Arda şəhərdən kənara köçsə, Lionel Messiyə qonşu olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm