“Beşiktaş” klubu braziliyalı futbolçunu transfer edib
Bizi izləyin

İdman

“Beşiktaş” klubu braziliyalı futbolçunu transfer edib

İstanbulun “Beşiktaş” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

“Qara qartallar” Braziliyanın “Qremio” klubundan Luiz Rodolfonu heyətinə cəlb edib.

İstanbul klubu 28 yaşlı müdafiəçi üçün qarşı tərəfə 3,3 milyon avro ödəyib. Braziliyalı futbolçu “Beşiktaş”da ildə 1,4 milyon avro qazanacaq.

Futbolçu karyerası ərzində Braziliyanın “Sao Paolo” və “Atletiko Paranense” komandalarının şərəfini qoruyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm