Bu gecə Avropanın diqqəti Madriddə olacaq
Bizi izləyin

İdman

Bu gecə Avropanın diqqəti Madriddə olacaq

Bu gecə Avropanın diqqəti Madriddə olacaq

Bu gün Çempionlar Liqasında ilk 1/4 finalçıların adına aydınlıq gələcək. Publika.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk cavab oyunları Almaniya və İspaniyada baş tutacaq.

Səfər matçlarından qalib ayrılmış “Bavariya” və “Atletiko” (Madrid) bu dəfə rəqiblərini doğma arenada qəbul edəcək.

Londonda rəqibinə 2:0 hesabı ilə qalib gələn “pivəçilər” cavab oyununa böyük üstünlüklə çıxacaq. İlk matçda zədə ucbatından meydana çıxa bilməyən Frank Riberinin bu dəfə meydanda olacağı gözlənilir.

Qeyd edək ki, bu klublar ötən il də ÇL-də qarşılaşmışdı. Almaniya təmsilşisi Londonda qələbə qazansa da, doğma arenada “Arsenal”a uduzmuşdu. Bu amil ingilslərə stimul verən yegənə faktdı.

Günün digər matçında “Atletiko” “Visente Kalderonda “Milan”ı qəbul edəcək. İtaliyada rəqibinə 1:0 hesabı ilə qalib gələn Madrid təmsilçisi cütün favoriti sayılır. Lakin “rossonyerlər” ilk qolu vura bilsə, ssenari tam dəyişə bilər.

Hər iki matç Bakı vaxtilə 23:45-də başlayacaq.

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

23:45. Atletiko (İspaniya) – Milan (İtaliya) (İlk oyun - 1:0)

23:45. Bavariya (Almaniya) – Arsenal (İngiltərə) (İlk oyun - 2:0)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm