• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Qəbələ” “Lion”la əməkdaşlıq edəcək

  • İdman
  • 11 Mart 2014 18:26
  • 745 Baxış
“Qəbələ” “Lion”la əməkdaşlıq edəcək

“Qəbələ” Futbol Akademiyasının məşqçi heyəti nəzəri və praktiki biliklərinin artırılması məqsədilə daha bir işgüzar səfər gerçəkləşdirəcək.

Publika.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Akademiyamızın nümayəndə heyəti martın 12-dən 17-dək Fransanın “Lion” klubunun qonağı olacaq. Nümayəndə heyətinin tərkibinə “Qəbələ” Futbol Akademiyasının hollandiyalı direktoru Stenli Brard və onun müavini Nail Kərimov, eləcə də akademiyanın yuxarı yaş qruplarında çalışan məşqçilər Famil Xəlilov (U-17), Zaur Hacıyev (U-16), Hüseynqylu Quliyev (U-15) və Xaqani Məmmədov (U-14) daxil ediliblər. Səfərdə məqsəd Avropanın aparıcı klublarından olan “Lion” klubunun fəaliyyət istiqamətləri ilə yaxından tanış olmaqdır.

Səfər proqramı “Qəbələ” məşqçilərinin işgüzar gəzintisinin maraqlı və faydalı olacağını vəd edir. Belə ki, nümayəndələrimiz səfər zamanı Lion klubunun futbol akademiyasının fəaliyyəti ilə tanış olacaq, müxtəlif yaş qruplarının məşqlərini izləyəcək və yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Bundan başqa, nümayəndələr Fransa klubunun əsas komandasının 2 matçını canlı izləyəcəklər.

Onlar Fransa çempionatının “Lion” – “Monako” oyununu, habelə Avropa Liqası turniri çərçivəsində “Lion” - “Viktoriya” (Plzen,Çexiya) matçına yerli arenada tamaşa edəcəklər. Qeyd edək ki, səfər üçün “Lion” klubunun seçilməsi təsadüfi deyil.

Belə ki, Lion təmsilçisinin futbol akademiyası Avropada analoji təsisata malik ən yaxşı 5 klub sırasındadır. “Lion”nun futbol akademiyası Avropa ölklərinə peşəkar futbolçu ixracına görə “Barselona”dan sonra ikinci sıradadır.

Dəfələrlə Fransa çempionatının qalibi olmuş və ölkə kubokunu qazanmış “Lion”un əsas komandasının hazırkı heyəti klubun futbol akademiyasıının yetirmələrindən təşkil olunub. Bu baxımdan Avropanın ən öncül akademiyasında olmaq, burada görülən işlərlə yaxından tanış olmaq “Qəbələ”li mütəxəssilər üçün çox faydalı olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR