Qaydalar dəyişdi – Bacar, ofsayda düşmə!
Bizi izləyin

İdman

Qaydalar dəyişdi – Bacar, ofsayda düşmə!

FİFA-nın futbol qaydalarına etdiyi dəyişikliyə əsasən, oyundankənar vəziyyətlər yeni qayda ilə müəyyənləşdiriləcək.

Publika.az xəbər verir ki, yeni qaydalara əsasən “passiv” ofsayd daha tətbiq edilməyəcək.

Belə ki, qol vəziyyətində olan və ofsaydda qərarlaşan futbolçu topa toxunmasa və ya ofsayddan çıxmağa çalışsa belə, hakimlər yenə də oyundankənar vəziyyət qeydə alacaqlar.

Bundan başqa, ofsaydda olan furbolçu qapıya vurulan zərbə əsnasında heç bir həmlə etməsə və top sadəcə onun yanından keçib qol olsa, hakim yenə "ofsayd bayrağı"nı qaldıracaq. Uzun sözün qısası, bacar, ofsayda düşmə!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm