Çempionlar Liqası: Pley-off cütləri məlum oldu - YENİLƏNİB
Bizi izləyin

İdman

Çempionlar Liqası: Pley-off cütləri məlum oldu - YENİLƏNİB

Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq bütün cütlər məlum olub.

Çempionlar

Astana – APOEL

Skenderbeu – Dinamo Z

Seltik – Malmö

Bazel – Makkabi T-Ə

BATE – Partizan

Qeyri-çempionlar

Latsio – Bayer

Mançester Yunayted – Brügge

Sportinq – ÇSKA

Rapid V – Şaxtyor

Valensiya - Monako

11:30

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, bütün diqqətlər püşk mərasiminin keçiriləcəyi İsveçrənin Nyon şəhərinə yönələcək.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə 20 komandanın nümayəndəsi iştirak edəcək. Həmin klublardan 15-i 3-cü təsnifat mərhələsinin qalibidirsə, digər 5-i yarışa pley-offdan qoşulacaq.

Bu 20 klubdan 10-u öz ölkəsinin çempionu, 10-u isə yüksək reytinqli çempionatların təmsilçiləridir.

Püşkatma öncəsi komandalar səbətlərə bölünüb. Hər iki “onluq” əmsalına görə iki hissəyə ayrılıb.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 18-19-da və 25-26-da keçiriləcək.

Çempionlar

Səpələnmişlər: Bazel (İsveçrə), Seltik (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), Dinamo (Zaqreb, Xorvatiya).

Səpələnməmişlər: Partizan (Serbiya), Malmö (İsveç), Skenderbeu (Albaniya), Astana (Qazaxıstan).

Qeyri-çempionlar

Səpələnmişlər: Mançester Yunayted (İngiltərə), Valensiya (İspaniya), Bayer (Almaniya), Şaxtyor (Ukrayna), Sportinq (Portuqaliya).

Səpələnməmişlər: MOİK (Rusiya), Latsio (İtaliya), Brügge (Belçika), Monako (Fransa), Rapid (Avstriya).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm