“Qalatasaray” Madridə yollanır
Bizi izləyin

İdman

“Qalatasaray” Madridə yollanır

"Real" "Qalatasaray"ı Madridə dəvət edib. İstanbul klubu "Bernabeu Kuboku"nda iştirak edəcək.

Publika.az xəbər verir ki, "Real" hər yay hazırlıq dönəmində sabiq prezidenti Santyaqo Bernabeunun adını daşıyan kubok keçirir. "Kral Klubu" doğma meydanda adlı-sanlı bir klubla qarşılaşır. Bu il "Bernabeu Kuboku"nda "Portu"nun iştirakı nəzərdə tutulsa da, plan dəyişib. Portuqaliya klubunu "Qalatasaray" əvəzləyib. Oyun avqustun 18-də baş tutacaq.

Qeyd edək ki, "Qalatasaray" 2011-ci ildə "Bernabeu Kuboku"nda iştirak edib və "Real"a 1:2 hesabı ilə uduzub. Bundan sonrakı illərdə "Millonarios"u (Kolumbiya) 8:0 və "Əl Sadd"ı (Qətər) 5:0 hesabı ilə yenən Madrid klubu ötən il kuboku təşkil etməmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm