18 güləşçimiz dünya reytinq SİYAHISINDA
Bizi izləyin

İdman

18 güləşçimiz dünya reytinq SİYAHISINDA

Dünya Güləş Birliyi 2015-ci ilin iyul ayında keçirilən yarışların nəticəsinə əsasən, güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, sərbəst güləşçilərimizdən 10, qadın və yunan-Roma güləşçilərimizin hər birindən isə 8 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub.

65 kq
3. Toğrul Əsgərov - Avropa Oyunları 1-ci yer (6)
9. Məhəmməd Müslümov - Paris Qran Pri turniri 1-ci yer (4)
10. Hacı Əliyev - Avropa Oyunları 3-cü yer 61 kq-da (11)

70 kq
8. Ruslan Dibirhacıyev - Avropa Oyunları 3-cü yer (8)

74 kq
16. Cəbrayıl Həsənov - Avropa Oyunları 3-cü yer (13)

86 kq
15. Aleksandr Qostiyev - Yaşar Doğu turniri 1-ci yer (14)
18. Nurməhəmməd Hacıyev - Avropa Oyunları 5-ci yer (15)

97 kq
1. Xetaq Qazyumov - Avropa Oyunları 1-ci yer (1)
3. Şərif Şərifov - A.Medved turniri 2-ci yer (3)

125 kq
4. Cəmaləddin Məhəmmədov - Avropa Oyunları 3-cü yer (6)

48 kq
2. Mariya Stadnik - Avropa Oyunları 1-ci yer (2)

53 kq
10. Anjela Doroqan - Avropa Oyunları 1-ci yer (9)

55 kq
2. Nataliya Sinişin - Avropa Oyunları 3-cü yer (3)
6. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (4)

58 kq
14. İrina Netreba - Avropa Oyunları 5-ci yer (11)

60 kq
7. Yuliya Ratkeviç - DÇ 2-ci yer (9)

63 kq
13. Nadya Muşka - Dan Kolov turniri 2-ci yer (18)
20. Raqnetta Qurbanzadə - Gənclərin Avropa çempionatı (nr)

59 kq
5. Elman Muxtarov - Avropa Oyunları 3-cü yer (5)

66 kq
8. Həsən Əliyev - Avropa Oyunları 3-cü yer (7)

71 kq
1. Rəsul Çunayev - Avropa Oyunları 1-ci yer (1)

75 kq
4. Elvin Mürsəliyev - Avropa Oyunları 1-ci yer (4)

80 kq
2. Rafiq Hüseynov - Avropa Oyunları 2-ci yer (2)

85 kq
7. İslam Abbasov - Gənclərin Avropa çempionatı 1-ci yer (6)

98 kq
7. Orxan Nuriyev - Avropa Oyunları 5-ci yer (6)

130 kq
10. Sabah Şəriəti - Avropa Oyunları 2-ci yer (9)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm