Rusiyalı baş məşqçi: “Azərbaycanda idman sürətlə inkişaf edir”
Bizi izləyin

İdman

Rusiyalı baş məşqçi: “Azərbaycanda idman sürətlə inkişaf edir”

“Azərbaycanda idman sürətlə inkişaf edir. Ötən il Qəbələdəki Dünya Kuboku yarışlarında, bu il isə Bakıda keçirilən birinci Avropa Oyunlarında iştirak etmişik. Füsunkar ölkəniz var. Xalqınız çox qonaqpərvərdir. Bizi hər yerdə çox isti qarşılayırlar. Burada çoxlu dostlar qazanmışıq”.

Publika.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Rusiyanın atıcılıq üzrə yığma komandasının baş məşqçisi Yevgeni Kraynov bildirib.

Yevgeni Kraynov Qəbələdə keçirilən Dünya Kuboku uğrunda yarışın yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq deyib:

“Qəbələdəki idman qurğusu çox yaxşıdır. Bura idmançı və qonaqlar üçün də rahatdır. Qəbələ hələ ötən il çox xoşumuza gəlmişdi. Ümid edirəm ki, burada bir çox mötəbər yarışlar keçiriləcək. Kompakt şəkildə olan mərkəz həm də gözəldir. Nəqliyyat məsələləri əla səviyyədə təşkil edilib. Bizdə yalnız Kazan Atıcılıq Mərkəzi müəyyən qədər Qəbələ Atıcılıq Kompleksi ilə müqayisə oluna bilər. Lakin tələbələrin yay universiadası üçün inşa olunan həmin idman qurğusu da tam ideal deyil. Biz belə möhtəşəm idman kompleksində keçirilən Dünya Kuboku yarışlarından maksimum nəticə gözləyirik. Dünən bir idmançımız qızıl medal qazandı. Digəri isə Olimpiadaya vəsiqəni təmin etdi. Burada zəif rəqib yoxdur. Tapança və tüfəng yarışlarının hamısında eyni uğuru təkrarlamağa çalışacağıq”.

Baş məşqçi Azərbaycanda atıcılığın inkişafı üçün yaxşı təməl qoyulduğunu qeyd edib:

“Həm Bakı, həm də Qəbələdə belə arenalar inşa edilib. İndi isə işin kiçik, lakin məsuliyyətli hissəsi qalıb - məktəblər açmaq, uşaqları oraya cəlb etmək. Onda uğur da qazanılacaq. Əlbəttə ki, bu məktəblərə yaxşı məşqçilər cəlb edilməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm