“Panatinaikos”un baş məşqçisi “Qəbələ”dən çəkinir
Bizi izləyin

İdman

“Panatinaikos”un baş məşqçisi “Qəbələ”dən çəkinir

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Afina təmsilçisi dünən İspaniya klubu “Real Sosyedad”la yoxlama görüşü keçirib və 0:3 hesabı ilə məğlub olub.

Publika.az xəbər verir ki, oyundan sonra Afina klubunun çalışdırıcısı Yannis Anastasiu yerli mətbuata açıqlamasında “Qəbələ”dən də danışıb:

“Qəbələ” çox ciddi qəbul olunmalı komandadı. İşimiz çətin olacaq. Amma “Real Sosyedad”la oyun bizə kömək edəcək. Bu oyun bizim üçün vacib idi. Hamıya şans verdim. Artıq kimin hazır olub-olmadığını bilirəm. Bəzi oyunçularımızın fiziki cəhətdən tam çatdırmadığını gördüm.

“Qəbələ”nin bu mövsümdəki bütün oyunlarına baxmışam. Seçmə mərhələdə “Dinamo”, “Çukariçki” və “Apollon”la qarşılaşmalarının görüntülərini izləyib, hərtərəfli təhlil etmişik. Deməliyəm ki, çox möhkəm rəqibimiz var. “Qəbələ” diqqət tələb edən komandadır. Ancaq biz Azərbaycan klubu ilə oyunlara daha ciddi hazırlaşsaq, düşünürəm ki, qrupa düşmək şansımız çox olar. İstənilən rəqibə qarşı oynamağı bacarmaq lazımdır”.

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasındakı oyunlar avqustun 20-də və 27-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm