“Qəbələ”nin “Panatinaikos”la səfər oyununun vaxtı məlum oldu
Bizi izləyin

İdman

“Qəbələ”nin “Panatinaikos”la səfər oyununun vaxtı məlum oldu

Avropa Liqasının pley-off mərhələsində mübarizəni davam etdirən “Qəbələ”nin “Panatinaikos”la cavab görüşünün təqvimi açıqlanıb.

Publika.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Afinada baş tutacaq “Panatinaikos” – “Qəbələ” qarşılaşması avqustun 27-də “Apostolos Nikolaidis” stadionunda oynanılacaq. Komandalar meydana Bakı vaxtı ilə saat 23:00-da çıxacaq. Matçı idarə edəcək hakimlər briqadası isə hələlik açıqlanmayıb.

Bu komandalar arasında ilk oyun avqustun 20-də “Bakcell Arena”da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm