Gəncədə və Sumqayıtda qalib müəyyənləşmədi
Bizi izləyin

İdman

Gəncədə və Sumqayıtda qalib müəyyənləşmədi

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilir. Xəbər verdiyimiz kimi, ilk oyun günündə iki görüş keçirilib. Hər iki qarşılaşma ölkəmizi Avropada təmsil edən klubların iştirakı ilə baş tutub. "Qarabağ" "Rəvan"ın, "Qəbələ" isə AZAL-ın qonağı olub.

Avropa Liqasındakı təmsilçilərimizdən hər ikisi səfər oyununu qələbəylə başa vurub. Ağdamlılar "Rəvan"ı 2:1, "qırmızı-qaralar" isə AZAL-ı 2:0 hesabıyla məğlub edərək, yeni mövsümdə Premyer Liqada ilk qələbələrini qazanıblar.

Publika.az xəbər verir ki, dünən daha iki oyun keçirilib. Gəncədə yerli "Kəpəz" "Zirə"ni qəbul edib. Oyunun sonlarına kimi hesabda 1:0 irəlidə olan "sarı-göylər" doğma azarkeşləri qarşısında debütantı məğlub etməyə yaxın olsa da, "Qartallar"ın legioneri İqor İvanoviçin matçın son dəqiqəsində vurduğu qol heç-heçəni rəsmiləşdirib.

İlk turda "İnter"i məğlub edən "Xəzər Lənkəran" "Sumqayıt"ın qonağı olub. Hərəyə bir dəfə fərqlənən komandalar matçdan 1:1 hesablı bərabərliklə ayrılıblar.

Turun son oyunu sabah - "Neftçi"ylə "İnter" arasında keçiriləcək.

Azərbaycan Premyer Liqası, 2-ci tur

15 avqust

Rəvan - Qarabağ 1:2

Tural Qürbətov, 87 - Yamin Ağakərimzadə, 67. Qara Qarayev, 83.

AZAL - Qəbələ 0:2

Aleksey Qay, 45-p. Aleksey Antonov, 76.

16 avqust

Kəpəz - Zirə 1:1

Şəhriyar Rəhimov, 73 - İqor İvanoviç, 92.

Sumqayıt - Xəzər Lənkəran 1:1

Bəxtiyar Həsənalızadə, 10 - Elşən Rzazadə, 38.

17 avqust

21:00 İnter - Neftçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm