Bakıda daha bir böyük turnir – mükafat fondu 1.6 milyon dollardır
Bizi izləyin

İdman

Bakıda daha bir böyük turnir – mükafat fondu 1.6 milyon dollardır

Bakıda sentyabrın 10-da Ümumdünya Şahmat Federasiyasının (FİDE) ən vacib yarışlarından biri olan dünya kuboku start götürəcək.

Publika.az xəbər verir ki, oktyabrın 5-nə qədər davam edəcək turnirdə çıxış edəcək 128 şahmatçıdan finalçılar şahmat üzrə dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq.

Yarışın bütün görüşləri iki partiyadan ibarət olacaq. İki görüşdən sonra ümumi hesab bərabər olarsa, şahmatçılar qalibi tay-brekdə müəyyənləşdirəcək. Təkcə finalda mübarizə aparacaq şahmatçılar 4 dəfə üz-üzə gələcəklər.

Şahmat üzrə dünya kubokunun mükafat fondu 1.600000 min dollardı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm