Qisas haqda düşünməliyikmi?
Bizi izləyin

İdman

Qisas haqda düşünməliyikmi?

Azərbaycan millisi bu gün Xorvatiya yığması ilə qarşılaşacaq. AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyun “Bakcell Arena”da baş tutacaq.

Publika.az xəbər verir ki, bu komandaların seçmə mərhələdəki ilk qarşılaşmasında xorvatlar millimizi acı məğlubiyyətə uğratmışdı. Amma indi zaman o zaman deyil. Robert Prosineçkinin gəlişindən sonra ölkənin bir nömrəli komandasında müəyyən canlanma, irəliləyiş hiss olunur. Bu dəfə yığmamız daha inamlı, iddialı və aqressivdir.

Görüşü maraqlı edən başqa bir məqam yığma komandanın baş məşqçisi Robert Prosineçkinin xorvatiyalı olmasıdır.

Robert Prosineçkinin rəhbərlik etdiyi komanda bugünkü görüşdə qalib gələcəyi təqdirdə xal ehtiyatını artıraraq, 7-yə çatdıracaq. Xorvatiya isə 3 xal sayəsində final mərhələsinə birbaşa vəsiqə şansını xeyli yüksəldəcək.

AÇ-2016. Seçmə mərhələ

3 sentyabr

H qrupu

21:00 AZƏRBAYCAN - Xorvatiya

Baş hakim: Ruddi Buke

Yan xətt hakimləri: Jiyom Debar, Siril Qrinqor

Əlavə köməkçi hakimlər: Fredi Fotrel, Amori Delerü

Dördüncü hakim: Filipp Jann (hamısı Fransa)

UEFA nüümayəndəsi: Jan-Fransua Kruk (Belçika)

UEFA hakim-inspektoru: Vitor Melo Pereyra (Portuqaliya)

Bakı, "Bakcell Arena"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm