Mundialların 10 unudulmaz dahisi - FOTOLAR
Bizi izləyin

İdman

Mundialların 10 unudulmaz dahisi - FOTOLAR

Mundialların 10 unudulmaz dahisi-FOTOLAR

Dünya çempionatlarının ən unudulmaz 10 futbolçusunun adı açıqlanıb. Publika.az xəbər verir ki, siyahıya Argentina yığmasının canlı əfsanəsi Dieqo Armando Maradona başçılıq edir.

1986-cı il dünya çempionatının qəhramanı sayılan Maradona sıralamada bütün rəqiblərini geridə qoyub. Dünya kubokunu qazanan ən gənc futbolçu kimi tarixə keçən braziliyalı Pele siyahıda ikinci olub. Daha çox "yekədiş" ləqəbi ilə tanınan Braziliyalı yığmasının sabiq hücumçusu Ronaldo isə ilk "üçlük"də qərarlaşıb. Siyahını təqdim edirik:

1. Dieqo Armando Maradona (Argentina) - 1986-cı il dünya çempionatında vurduğu möhtəşəm qolla komandasına kuboku qazandıran Maradona "Tanrını əli" ifadəsi ilə mundialın unudulmaz simasına çevrilmişdi.

2. Pele (Braziliya) - 17 yaşında dünya kubokunu başı üzərinə qaldıran Pele dünya çempionatlarının ən gənc oyunçusu kimi bu uğuru 3 dəfə təkrarlayan yeganə futbolçu olub.

3. Ronaldo (Braziliya) - 2002-ci il dünya çempionatının unudulmaz hücumçularından olan Ronaldo "Qızıl butsu" mükafatına da sahib olub.

4. Zinəddin Zidan (Fransa) - Fransa millisinin dünya çempionluğunu qazanmasında baş rolu oynayan Zidan finalda Braziliya ilə görüşün (3:0) əsl qəhramanına çevrilmişdi.

5. Frants Bekkenbauer (Almaniya) - 1974-cü ildə Almaniya yığmasına dünya çempionluğu qazandıran Bekkenbauer 1990-cı ildə eyni uğuru baş məşqçi kimi əldə edib.

6. Qarrinça (Braziliya) - doğuşdan sol ayağının əyri olmasına baxmayaraq Braziliya yığmasının 1958 və 1962-ci illərdə dünya çempionluğunu qazanmasında böyük rol oynayıb.

7. Lotar Matteus (Almaniya) - 1990-cı ildə İtaliyada təşkil olunan dünya çempionatında Almaniya millisinə kuboku qazandıran önəmli futbolçu kimi tarixə keçmişdi.

8. Herd Müller (Almaniya) - 1974-cü ildəki mundialda Almaniya yığmasının qol maşını sayılan Müller sərgilədiyi oyunla dünya çempionatına damğasını vurmuşdu.

9. Bobbi Mor (İngiltərə) - 1966-cı ildə İngiltərə millisinin dünya çempionluğunu qazanmasında böyük pay sahibi olub.

10. Paulo Rossi (İtaliya) - 1982-ci il mundialında İtaliyanın finalda Almaniya yığmasını 3:1 hesabı ilə məğlub etdiyi görüşdə komandasının bir qoluna imza atan Rossi turniri bombardir kimi başa vurmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm