• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İtaliyada futbolçular nə qədər məvacib alır?

  • İdman
  • 6 Sentyabr 2015 20:34
  • 460 Baxış
İtaliyada futbolçular nə qədər məvacib alır?

İtaliyanın A seriyasında futbolçuların aldıqları məvaciblə bağlı məlumat yayılıb.

Publika.az xəbər verir ki, seriyanın ən ödənişli futbolçusu "Roma"nın yarımmüdafiəçisi Daniele De Rossidir. Onun illik məvacibi 6,5 milyon avro təşkil edir.

"Napoli"nin hücumçusu Qonsalo İquayn ildə 5,5 milyon avro qazanır.

"Roma"lı Edin Dzeko ilə "Yuventus"lu Pol Poqba 4,5 milyon avroya top qovurlar.

"Yuventus" qapıçı Canluici Buffona və yarımmüdafiəçi Sami Kxediraya ildə 4 milyon avro ödəyir.

A seriyasında ən əz məvacibi "Fiorentina"nın 16 yaşlı futbolçusu Abu Diakate alır. O, ildə cəmi 10 min avro qazanır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR