İdmançımız Premyer Liqanın qalibi oldu
Bizi izləyin

İdman

İdmançımız Premyer Liqanın qalibi oldu

İstanbulda Karate 1 Premyer Liqasında iştirak edən milli komandamızın bir neçə nəfər əsas və əvəzedici üzvlərindən İrina Zaretska yarışın qalibi olub.

Publika.az xəbər verir ki, digər idmançılarımızdan Rafiz Həsənovla (-67 kq), Ceyhun Mustafayev (-60 k) bürünc medal uğrunda həlledici görüşdə məğlub olub.

Nüfuzlu turnirə yollanan bir neçə idmançımız nəticədə 19 medal qazana bilən ölkə karateçiləri arasında 7-ci yeri tutublar. İstanbul 1 Karate Premyer Liqasında 48 ölkədən 492 idmançı iştirak edib.

Dünya Karate Federasiyasının Karate 1 Premyer Liqa yarışlarından növbəti turniri sentyabrın son günlərində Almaniyada keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm