• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

“Mən diktator deyiləm”

  • İdman
  • 12 Sentyabr 2015 21:15
  • 473 Baxış
“Mən diktator deyiləm”

“Mançester Yunayted”in baş məşqçisi Lui van Qal söz-söhbətə son qoymaq niyyətindədir. Belə ki, tanınmış mütəxəssis Runi və Maykl Kerriklə bağlı yayılan iddialarına münasibət bildirib.

Publika.az xəbər verir ki, mətbuatda bu futbolçuların holland mütəxəssisin ciddi intizam qaydalarından narazı olduqları barədə məlumat yayılmışdı. Van Qal bu futbolçularla görüşdüyünü, amma başqa məsələni müzakirə etdiklərini bildirib:

“Biz Valdesin durumunu və De Xeanın transferi ətrafında yaranan söz-söhbəti müzakirə etdik. Bu məsələlər paltardəyişmə otağına ciddi təsir edir. Bu, müsbət məqamdır ki, oyunçular gəldi. Mən şadam ki, biz komandada nəyi dəyişə biləcəyimizlə bağlı açıq danışa bilirik. Özü də bu məsələ təkcə Runi və Kerrikə yox, digər futbolçulara da aiddir.

Əlbəttə, görüşə məhz kapitanların gəlməsi bir qədər qorxu yaradırdı. Amma təkcə kapitanlarla yox, bütün oyunçularla əlaqə saxlayıram. Mən diktator deyiləm. Futbolçularla məsləhətləşirəm, onlar da öz fikirlərini söyləyirlər. Bizim strategiyamız əsasən dəyişməz qalır. Çünki bu startegiya oyunçuların xoşuna gəlir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR