Boksçu rinqdə öldü - VİDEO
Bizi izləyin

İdman

Boksçu rinqdə öldü - VİDEO

Avstraliyalı boksçu kiçik Devid Braun rinqdə filippinli Karlo Maqali ilə döyüş zamanı aldığı travmalardan dünyasını dəyişib.

Publika.az xəbər verir ki, Beynəlxalq Boks Federasiyasının versiyası üzrə regional titullardan biri uğrunda Braun və Maqali arasında keçirilən döyüş 12-ci raundda nokautla filippinlinin xeyrinə başa çatıb. Qarşılaşma cümə günü baş tutub.

Döyüşdən sonra 28 yaşlı Braun kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. O, peşəkar rinqdə 25 döyüş keçirib (22 qələbə, 2 məğlubiyyət və 1 heç-heçə).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm